Vaqif Məmişova qarşı "bunt" qalxdı - Milyonçu daha bir qalmaqal yaratdı

img

25-04-2014 [22:45]



Sankt-Peterburqun Rjeyevka-Poroxovıye rayonunun sakinləri qubernator Georgi Poltavçenkoya şikayət edərək azərbaycanlı milyarder Vaqif Məmişovun onların rayonunda ticarət mərkəzi tikməsinin qarşısını almağa çağırıb.

Mia.az Virtualaz.org saytına istinadən xəbər verir ki, Rusiya mətbuatı Vaqif Məmişova məxsus "Likostroy” şirkəti həmin rayonunun Belarus küçəsində avtodayanacaq yerləşən ərazinin bir hissəsini alaraq, həmin ərazidə ticarət mərkəzi tikməyə hazırlaşdığını yazıb.

Lakin sakinlər hesab edir ki, ərazidə ticarət mərkəzi tikilsə, nəqliyyat kollapsı yaranacaq və yaxınlıqda yaşayanların rahatlığı pozulacaq.

Məlumata görə, Vaqif Məmişov bundan əvvəl ticarət mərkəzini şəhərin Farforovsk qəbiristanlığının ərazisində tikmək istəyib. Lakin yerli sakinlərin və ictimaiyyətin uzun müddət davam edən etirazlarından sonra Sankt-Peterburq qubernatoru qəbiristanlıq ərazisində 0,6 hektar torpaq sahəsinin mülkiyyətçisi olan "Likostroy” şirkətinə Rjeyevka-Poroxovıye rayonu ərazisində torpaq sahəsinin ayrılmasına qərar verib. Ancaq indi həmin rayonun sakinləri Məmişovdan şikayət etməyə başlayıb.

V.Məmişov Sankt-Peterburqdakı azərbaycanlı diasporunun liderlərindən biri və "Konrad” şirkətlər qrupunun sahibidir. Onun biznesinə tikinti, ticarət mərkəzləri, zavodlar və s. daxildir. Sərvəti bir neçə milyard dollardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA