Əmək pensiyaları və sosial müavinətlər haqqında qanunlar yenə dəyişir - Nələr olacaq?
31-10-2022 [16:18]
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Mia.az xəbər verir ki, komitə sədri Musa Quliyevin sədrliyi ilə keçirilən toplantının gündəliyə 7 məsələnin daxil edilib.
Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, layihə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 8 iyun tarixli Fərmanının icrası məqsədilə hazırlanıb.
Belə ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” Qanunun 2-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrinin növlərində dəyişiklik edilərək yeni redaksiyada verilib. Bununla bağlı, Əmək Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsinin “ç” bəndinin və 2-ci hissəsinin “c” bəndinin, həmçinin Vergi Məcəlləsinin 102.6.2-ci və 102.6.3-cü maddələrinin ümumi təhsil müəssisələrinin hazırda mövcud olan növlərinə uyğunlaşdırılması aparılıb.
Sonra Adil Vəliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, "Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, qanun layihəsi “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Konvensiyaya uyğun olaraq, layihədə təklif edilən dəyişikliklər milli qanunvericilikdə qabaqlayıcı tədbirlərin, qurbanlara yardım və maddi cinayət hüquqi normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur.
Diqqətə çatdırılıb ki, qeyd olunan qanunlara təklif edilən dəyişikliklər uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda, belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması məqsədilə hazırlanıb. Bununla yanaşı, Cinayət Məcəlləsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan bəzi cinayət tərkibləri təkmilləşdirilir. Eyni zamanda, qeyd edilən cinayət əməlləri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə həmin maddələrin sanksiyalarının sərtləşdirilməsi təklif edilir.
İclasda növbəti üç məsələ - “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda diqqətə çatdırılıb. Bildirilib ki, təklif olunan dəyişikliklər sosial xidmətlərə əlçatanlığın artırılması baxımından vacibdir. Təqdim olunan layihələr əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi məqsədi daşıyır. Bu baxımdan həmin istiqamətlərdə elektron xidmətlərdən daha çox istifadə edilməsi vətəndaşlarımızın sosial xidmətlərə əlçatanlığını artırmaqla yanaşı, həm də onların sosial təminatının daha qısa zamanda gücləndirilməsinə və bu istiqamətdə islahatların davam etdirilməsinə imkan yaradacaq.
Daha sonra komitə sədri Musa Quliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirib ki, sənəd Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun olaraq hazırlanıb.
Komitə sədri, həmçinin “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Diqqətə çatdırıb ki, sənəd “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2021-ci il 24 dekabr tarixli qanunun icrası məqsədilə hazırlanıb. Layihəyə əsasən, “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsindən “Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı” (12.1.9) çıxarıldığından 1.1.22-ci maddənin (toplu maliyyə balansı anlayışının) ləğv edilməsi, habelə qanunun 7-ci maddəsinə uyğun olaraq, 15.4-cü maddənin dəqiqləşdirilməsi təklif olunur.
Müzakirələrdə komitənin sədr müavini Məlahət İbrahimqızı, üzvləri Jalə Əliyeva, İlham Məmmədov, Vüqar Bayramov, Sevinc Hüseynova, Aqil Məmmədov, Ziyad Səmədzadə, Arzu Nağıyev çıxış edərək qanun layihələri ilə bağlı fikirlərini bildiriblər, bəzi qeydlərini səsləndiriblər.
İclasın sonunda gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb