Tokayev: “Ermənistan ilə Azərbaycan arasında problemlər sülh yolu ilə həll edilməlidir”

img

28-10-2022 [17:52]


"Ermənistan ilə Azərbaycan arasında problemlər yalnız sülh yolu ilə, siyasi və diplomatik vasitələrlə həll edilməlidir".

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası zamanı deyib.

Sessiyanın gündəliyinə 2022-ci il sentyabrın 15-də KTMT-nin Ermənistana göndərilmiş missiyasının işinin yekunları daxil edilib.

Forumda Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rəhmon və KTMT-nin Baş katibi Stanislav Zas iştirak ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA