Paşinyan: “Ermənistan Rusiyanın təqdim etdiyi əsas prinsiplərlə razıdır”

img

28-10-2022 [12:35]


“Ermənistan rəsmi Bakı ilə münasibətlərin qurulması ilə bağlı Rusiyanın təqdim etdiyi əsas prinsiplərlə razıdır”.

“Sputnik-Armeniya” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan tviter səhifəsində yazıb.

"Sentyabrın əvvəlində rəsmi İrəvan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, - N.Paşinyan yazıb/Report.

Xatırladaq ki, daha əvvəl Paşinyanın oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin ilə görüşməyi planlaşdırdığı açıqlanmışdı.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA