Əflatun Amaşov Rauf Mirqədirovla bağlı müraciət etdi

img

25-04-2014 [16:33]


Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov "Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun saxlanması ilə bağlı müvafiq qurumlara müraciət edib.

Bu barədə məlumatı AzNews.az-a Şuranın sədri Əflatun Amaşov məlumat verib. O deyib ki, R. Mirqədirov dövlətə xəyanətdə ittiham olunur və bu kifayət qədər ağır ittihamdır:"Mətbuat Şurası jurnalistin saxlanması ilə bağlı məsələni diqqətdə saxlayır. Biz müvafiq qurumlarla danışıqlar aparırıq. Məqsədimiz odur ki, bu hadisə ilə bağlı həm mətbuata, həm də cəmiyyətə şəffaf informasiyalar verilsin. Bu prosesə maneə yaradılmasın”.

Ə. Amaşov qeyd edib ki, jurnalist Rauf Mirqədirovun barəsində qaldırılan cinayət işinə obyektiv baxılacağına və məsələyə hüquqi qiymət veriləcəyinə inanır.

Qeyd edək ki, Baş Prokurorluq "Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayıb. Həmin məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. R. Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA