Qarabağda kənd təsərrüfatı ilə bağlı yeni planlar həyata keçirilir
19-10-2022 [14:37]
İşğaldan azad edilmiş ərazilərdə ilkin mərhələdə əkin təyinatlı torpaqların həcmi müəyyən edilərək müxtəlif bitkilərin əkilməsinə başlanılıb.
Mia.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində təşkil olunmuş Qarabağda biznes və investisiya imkanlarına həsr edilmiş konfransda deyib.
"Ümumilikdə Qarabağın ənənəvi kənd təsərrüfatı potensialının dirçəlməsi və qısa zamanda inkişafı üçün real addımlar atılıb və davamlı olaraq atılacaq. Ənənəvi sahələrinin bərpası ilə yanaşı bölgədə kartof, tərəvəz, bostan və yem bitkiləri əkinlərinin genişləndirilməsi imkanları da böyükdür.
Yüksək əlavə dəyər yaratması, emal sənayesi üçün xammal təminatı və ixrac imkanları perspektivi baxımından həmin ərazilərdə meyvəçiliyin inkişafına da xüsusi diqqət yetiriləcək", - S.Mövlayev deyib.
Onun sözlərinə görə, bitkiçilik sahəsinin ənənəvi və perspektiv istiqamətlərinin bərpası ilə yanaşı regionda heyvandarlıq sahəsinin inkişafına daha çox üstünlük verilməsi təbii-iqlim və relyef xüsusiyyətləri baxımından daha əlverişli hesab edilir: "Bu, həmin ərazilərdə otlaq və yaylaqların üstünlük təşkil etməsi və tarixən təsərrüfatçılıq ənənələrinin əsasən bu istiqamətdə olması ilə bağlıdır.
Təsadüfi deyil ki, istər ötən, istərsə də cari il ərzində heyvandarlığın inkişafı üçün böyük potensiala malik olan işgaldan azad olunmuş ərazilərə bir neçə qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi həyata keçirilib".
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi olaraq bütün sadalanan istiqamətlərin ən yaxın gələcəkdə inkişafı üçün lazımi dəstəyin göstərilməsi planlaşdırılır: "Bu gün aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursu rəhbər tutaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləri əsasında uğurla davam etdirir.
İnanırıq ki, bu cür sərgilərin təşkili ölkəmizin kənd təsərrüfatı sahəsindəki nailiyyətlərinin tanıdılmasına və aqrar məhsulların ixrac potensialının artırılmasına, həmçinin tarixi Azərbaycan diyarı olan və Azərbaycanın aqrar sektorunda mühüm paya malik olan Qarabağın yaxın gələcəkdə sürətli inkişafına öz töhfəsini verəcək".
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb