"Əgər hansısa xidmət üçün daha çox pul almaq lazımdırsa..." - Deputatdan etiraz
18-10-2022 [18:26]
“Konstitusiyanın 73-cü maddəsində qeyd olunur ki, qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişlər tələb oluna bilməz. Yəni həm verginin, həm də digər ödənişlərin həcmi qanunla müəyyənləşməlidir”.
Mia.az xəbər verir ki, bu sözləri parlamentin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
“Mən bilirəm ki, dövlət orqanlarının hazırda pula ehtiyacı var”, - deyən millət vəkili “amma tam əminliklə deyirəm ki, vətəndaşlarımızın ehtiyacı daha çoxdur”, - deyə vurğulayıb:
“Mən sizə indi dövlət rüsumu haqqında qanunun 1.1-ci bəndini oxuyacağam. Orada göstərilir ki, dövlət rüsumu nə deməkdir. Dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə, (sənədlərinn tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır. Bunu nə üçün deyirəm?
Burada biz həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna, həm də Torpaq Məcəlləsinə dəyişiklik edirik. Müvafiq dövlət qurumuna səlahiyyət veririk ki, o özü əlavə xidmət haqqı alsın. Halbuki konstitusiya da buna imkan vermir. Dövlət orqanı göstərdiyi xidmətə görə, rüsum ala bilər. Amma bu rüsumun həcmini də biz, dövlət rüsumu haqqında qanunla müəyyənləşdirməliyik. Və “Dövlət rüsumu haqqında” qanunun birinci bəndini oxudum ki, əslində, o rüsum göstərilən xidmətlərə görə alınan vəsaitdir. Əgər hansısa xidmətə görə, daha çox pul almaq lazımdırsa, gəlin rüsumları qaldıraq. Amma dövlət orqanına səlahiyyət verə bilmərik ki, o özün əlavə xidmət haqqı alsın. Əli Hüseynli təsdiq edə bilər, bizim komitə iclaslarının birində mən bu məsələni qaldırdım. Bu məsələ həm də dövlət quruculuğu və hüquq siyasəti məsələsidir.
Məsələn, “Dövlət rüsumu haqqında” qanunda yazılıb ki, kimsə mənzili üçün çıxarış alırsa, onun qiyməti 50 manatdır. Amma kimsə çoxmərtəbəli binada bir 14 kvadratmetr qaraj alırsa, burada ASAN Xidmət xidmət göstərmir. Onu göndərirlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və həmin şəxsə orada xidmət göstərilir. Xidmət də nədir?
Ölçülərə baxırlar, onsuz da ölçülər var idi. Yenidən ölçülər götürürlər. Təqribən 500 manatdan artıq pul alırlar. Bir evin çıxarışı təqribən 920 manatdan artıq vəsaitə başa gəlir. Məhz belə halları nəzərə alaraq, deyirəm ki, biz, dövlət orqanlarına bu səlahiyyətləri verə bilmərik. Bu konstitusiyaya ziddir. Konstitusiyada da qeyd olunur ki, dövlət rüsumları qanunla müəyyənləşməlidir. Yəni biz qanunu qəbul etməliyik, Prezident də onu imzalamalıdır. Amma belə səlahiyyətlər verməklə həm də “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanunun pozuruq. Dövlət orqanlarına belə geniş imkanlar veririk, həm də vətəndaşlarımzın vəziyyətini ağırlaşdırırıq”.
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb