DEPUTAT MM-də HÖKUMƏTİN QARŞISINDA TƏLƏB QALDIRDI: "Hər ailənin hesabına 200 dollar, hər körpənin hesabına isə 2 min köçürülsün" 

img

18-10-2022 [11:59]


"Hər bir ailənin hesabına 200 dollar ekvivalentində pul qoyulsun".

Mia.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanda 2021-ci ildə 112 min körpə doğulub: "Təklif edirəm ki, həmin körpələr üçün hesab açılsın və 2 000 dollar pul köçürülsün. Neft-qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm 10 minlərlə dollardır. Bizdə isə bu rəqəm ümumilikdə, cəmi 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarı faizindən də aşağıdır. Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var. Azərbaycanda 2 milyon 200 minə yaxın ailə var. Təklif edirəm ki, hər bir ailənin hesabına 200 dollar ekvivalentində pul qoyulsun. Bu da onlara kommunal ödənişləri ödəməyinə kömək etsin. Hesab edirəm ki, bu, Neft Fondu üçün böyük məbləğ olmaz".


Digər xəbərlər
SON XƏBƏRLƏR