Ruhəngiz Qasımova dəfn olunub - Qızı və oğlundan açıqlamalar (Yenilənib)
12-10-2022 [15:54]
Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova dəfn olunub.
Mia.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılıb.
Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib.
Allah rəhmət eləsin!
***
Təzə Pir məscidində Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir.
Mərasimdə Ombudsman Səbinə Əliyeva, incəsənət xadimləri, bəstəkarın ailə üzvləri, yaxınları iştirak edirlər.
Vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılacaq.
R.Qasımovanın qızı Canana Süleymanlı jurnalistlərə açıqlamasında deyib ki, avqustun 14-də anası ilə birlikdə Bakıdan Honkonqa gediblər: “Əvvəllər Honkonqa tez-tez gələrdi. Pandemiyadan sonra gələ bilmirdi. Biz orda anamla bir ay yaxşı vaxt keçirtdik. Sentyabrın 26-sı Azərbaycana qayıtmalı idik. Onda vəziyyəti pisləşdi. Anam atamın vəfatından sonra yaşamaq istəmirdi. Son sözlərində uşaqlara bozbaş bişirməyimi tapşırdı. Oktyabrın 9-da böyrək çatışmazlığından dünyasını dəyişdi".
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə sənət dostu haqqında təəssüratlarını bölüşüb: "Mən hələ də inana bilmirəm ki, Ruhəngiz həyatda yoxdur. O, gözəl ifa edirdi. Onun 75 illik yubileyi təntənə şəkildə qeyd olundu. Mən elə dünən orda çəkilən şəkillərə baxıb, həmin günləri xatırlayırdım. Allah rəhmət eləsin. Onun mahnıları daim yaşayacaq".
Oğlu İlkin Süleymanov anası dünyasını dəyişəndə yanında olmadığı üçün təəsüfləndiyini bildirib: "Çox istəyərdim ki, anam dünyasını dəyişəndə əlindən tuta bilim. Heç vaxt gözləmirdim ki, o belə tez dünyasını dəyişəcək. Anamın mahnılarını eşidəndə sadəcə ağlayıram. O, möhkəm qadın idi, sadəcə olaraq şəkərli diabetdən əziyyət çəkirdi. Ölümünə səbəb isə böyrək çatışmazlığıdır. Atamdan sonra vəziyyəti yaxşı deyildi. Çox təəssüf ki, onu belə tez itirdik".
Xatırladaq ki, R.Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib/Report.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib