Sabiq nazir hakim qarşısına çıxarıldı - "Dayım adıma 7 şirkət açıb, ayda 700 manat maaş alırdım".
10-10-2022 [17:20]
"Dayım adıma 7 şirkət açıb, ayda 700 manat maaş alırdım".
Bunu şahid Anar Rəhimov sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə deyib.
O bildirib ki, S.Müslümovun nazir olduğu dövrdə şirkətləri ilə Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə arasında satınalmalar üzrə müxtəlif müqavilələr imzalanıb: "Bunun problem olacağını 2016-cı ildən sonra başa düşdüm. Ona görə adımda olan bütün şirkətləri çıxartdım. Pulları nazirliyin nümayəndəsi olan Dəyanətə verirdim. Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında isə təxminən 10 dəfə olmuşam".
Digər şahid Səfadar Cavadov deyib ki, 2014-cu Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzi yumşaq mebellər və həkim geyimləri verib: "Bunun üçün tender elan olundu. 2009-cu ildə yaradılan "Şıxlı" MMC-nin təsisçisi və direktoru idim. Tenderdə iştirak etməyi Arif adlı tanışım məsləhət gördü. Sənədləri hazırlayıb tenderə qatıldıq və qalibi olduq. Ümumilikdə 198 min manatlıq müqavilə bağladıq. Bu vaxta qədər heç bir tenderdə iştirak etməmişəm. 198 min manatdan 42 min manatını nazirliyin nümayəndəsi olan Dəyanət adlı şəxsə vermişəm".
Şahid Tural Hacıyev söyləyib ki, onun adına 4 şirkət açılıb: "Nazirliyin nümayəndəsi Natiq Əzizov atam Söhbət Hacıyevi 2014-cü ildə yanına dəvət edərək şəhid ailələrinə ev tikməklə bağlı söhbət apardı. Dedi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 9 fərdi ev tikəcəksiz və hər mənzildən 5 min manat mənə verəcəksiz. Söhbətlər mənim yanımda olub. Oğuz, Xaçmaz və Qusar rayonlarında 9 ev tikdik və buna görə də atam 45 min manatı həmin şəxsə verdi".
Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib/Report
Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
PUTİN TOKAYEVLƏ GÖRÜŞDƏ QƏRBİ SƏRT TƏHDİD ETDİ: "Səbrimiz bir gün mütləq tükənəcək"
Moldova klubunun Baş məşqçisi: "Bizi İstanbul və Türkiyə ilə müqayisə etmək olmaz, amma..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çağdaş Atan: "Deməyə söz tapmıram"
Türkiyədə 4 şəhərdə dərslər dayandırılıb - Qara görə
ABŞ İsrailə 680 milyon dollarlıq yeni silah satmağa hazırlaşır
5 HƏRBÇİ AĞIR QƏZADA HƏYATINI İTİRİB - MN-dən açıqlama (Yenilənib)
"Beşiktaş"ın baş məşqçisi: "Bütün enerjimi İsrail komandası ilə oyuna indeksləmişəm"
Çində həbsdə olan 3 amerikalı sərbəst buraxılıb: məhbus mübadiləsi, yoxsa... - Ağ Ev bəyanat yaydı
“Roşka” ləqəbli tiktoker həbs edildi
CHP sədrinə icazə verildi - Həbsdəki sədrlə görüşmək üçün
İran XİN başçısı İsraili hədələdi: "Cavab zərbəsi hüququmuz var"
Pakistanda əşirətlər araında döyüş genişlənir - Tərəflər müyitləri dəyişməkdən imtina ediblər
Qəzzada hamilə qadın öldürülüb - 8 yaralı var
Tramp anlaşma memorandumunu imzalayıb - Yeni prezidentin komandası yeni vəzifələrinə yönlənir
1500 məktəb bağlanacaq? - Emin Əmrullayev yazır
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - FOTOLAR
Ərdoğandan Öcalanla bağlı açıqlama: "Baxçalı həqiqətən cəsarətli və oyunu dəyişən bir təklif irəli sürüb"
Britaniyanın baş naziri deputatın suallarından yayınıb - "İsrailin İranın hücumundan qorunması üçün..."
Azərbaycanda bu gün yenə zəlzələ olub
Bələdiyyə seçkiləri: namizədlərin qeydə alınması nə vaxt başlayacaq?
Avropa Liqası: "Fənərbağça"nın heyəti müəyyənləşib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş"ın prezidenti istefa verdi
"Yelo Bank"ın əməkdaşı saxlanılıb
Bərdədə avtomat silahını satmaq istəyən şəxs həbs olunub
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Bu sahələrdə işləyənlər vergidən azad olunur - SİYAHI
5 maşına 455 min manat? - Dövlət Xidməti qanunu pozan BŞİH-in departamentinin tenderini ləğv etdi
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
Oğurlanan tarixi əsər Ankarada tapılıb - FOTO
Sabiq deputata 3 otaqlı mənzil verildi - Açıqlama
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 İL UZANAN SƏFƏR
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
Gömrük tarifləri dəyişib