Səlim Müslümovun cinayət işi: keçmiş şöbə müdiri hazırda Gömrük Komitəsinin idarə rəisi olan Fuad Əlizadəni də ittiham edib - DETALLAR
08-10-2022 [11:00]
Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun vaxtilə qohumlarını da bu işə qatdığı məlum olub.
“Kriminalqafqaz” xəbər verir ki, bununla bağlı 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İqtisadiyyat şöbəsinin müdiri olmuş Şəlalə Cəfərova etiraf edib. Belə ki, həmin müddətdə S.Müslümov Ş.Cəfərovanı xidməti otağına dəvət edərək Dövlət Sosial Təminat Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Aparat üzrə olan satınalmalardan “otkat”ın ona verilməsinə göstəriş verib. O da vəzifəsində qalmaq üçün S.Müslümovun tələbi ilə razılaşıb. 2014-2018-ci illərdə aylıq pullar Şəlaləyə verilib. O isə həmin pulları Səlim Müslümova xidməti otağında çatdırıb. Satınalmalar üzrə “otkat”ın miqdarı 20% olub.
Qeyd olunan dövr ərzində mal, iş və xidmətlərin alınması üçün ƏƏSMN və tabeli qurumları tərəfindən bağlanmış müqavilələr əsasında ödənilmiş vəsaitlərin ümumilikdə 4.369.355 manatı onlardan nağd şəkildə alınaraq müqavilə bağlanıldığı vaxtdan həmin ilin sonunadək Səlim Müslümova xidməti otağında verib.
Bundan əlavə, istintaq zamanı Şəlalə Cəfərova Səlim Müslümovun yeyinti əməllərində qohumluq əlaqələrindən də istifadə etdiyini deyib. Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydalarına əsasən DSMF-nin auditoru İqtisadiyyat Nazirliyinin əməkdaşı ilə birlikdə Bakıda müxtəlif şirkətlərdə yoxlamalar keçirirmişlər. DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri isə Fuad Əlizadə olub. Hansı ki, Fuad Əlizadə sabiq nazir Səlim Müslümovun dayısı qızının əridir. Bakıdakı şirkətlərdə yoxlamalar məhz Fuad Əlizadənin kurasiyasında olub. Onun rəhbərlik etdiyi şöbənin işçiləri yoxlamaları həyata keçirirərək həmin şirkətlərdən qanunsuz alınmış pulları Fuad Əlizadəyə veriblər. O isə həmin pulları öz müdiri Şiraslan Əsədovun vasitəsilə Səlim Müslümova çatdırıb.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.
P.S. Xatırladaq ki, Ş.Cəfərovanın ittiham etdfiyi Fuad Əlizadə hazırda Dövlət Gömrük Komitəsinin Maliyyə və Təhcizat İdarəsinin rəisidir.
MİA.AZ
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb