"Vəsait köçürülməlidir, qonaqları çağırmalıyıq" - Yazıçı Anar

img

06-10-2022 [12:48]


Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir.

Bunu AYB sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, qurultayın oktyabr ayının sonunda keçirilməsi planlaşdırılır: "Dəqiq tarix hələ məlum deyil. Bu da bizdən asılı deyil. Vəsait köçürülməlidir, qonaqları çağırmalıyıq. Pul köçürülən kimi dəqiq vaxt müəyyənləşəcək".

A.Rzayev qurultayın Şabranda keçirilməməsinə aydınlıq gətirib: "Orada keçirmək mümkün olmadı. Mən özüm gedib baxdım. Hazır deyildi. Qurultayda qonaqlarla birgə 500-dən artıq iştirakçı olacaq. Şabranda da o qədər qonağı qarşılamaq üçün yer yoxdur".

Qeyd edək ki, sentyabrın 22-də AYB-nin katibliyində keçirilən iclasda qurultayın təxirə salınması ilə bağlı qərar qəbul edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA