Rəşad Məcid: "Qurultay qərar versə, AYB-də də qalmaq fikrim var"

img

29-09-2022 [18:09]


"Qurultay qərar versə, AYB-də də qalmaq fikrim var. “525-ci qəzet”i isə müavinlərim çıxarırlar".

Mia.az xəbər verir ki, bunu Report-a açıqlamasında Mətbuat Şurasının yeni sədri Rəşad Məcid deyib.

Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirən Şura sədri bildirib ki, bu məsələ yazıçıların qurultayının səlahiyyətinə daxildir.

R.Məcid qeyd edib ki, yaxın vaxtlarda Yazıçılar Birliyinin qurultayı olacaq:

Qeyd edək ki, R.Məcid Azərbaycan jurnalistlərinin bu ilin sentyabrın 24-də keçriilmiş VIII qurultayında Mətbuat Şurasının sədri seçilib.

O, 2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib. 2021-ci ilin iyulundan AYB sədrinin müavinidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA