Gürcüstan prezidentindən Lukaşenkonun Abxaziyaya səfərinə sərt reaksiya: "Bu, qəbuledilməzdir"

img

28-09-2022 [19:28]


Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini pisləyib və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

Mia.az Report-a istinadla xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

S.Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb.

"Aleksandr Lukaşenkonun işğal edilmiş Abxaziyaya səfərini şiddətli şəkildə qınayıram. Bu, beynəlxalq hüququn qəbuledilməz şəkildə pozuntusudur ",- Prezident bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA