Mətbuat Şurasının sədri Baş redaktor təyin olundu

img

23-09-2022 [16:16]


Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru təyin edilib.

Bu barədə özü məlumat verib.

Qeyd edək ki, "Xalq qəzeti"nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzetin redaksiya heyətidir.

Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, Baş redaktor və Baş direktorun birinci müavini vəzifələrində çalışıb. 2003-cü ildən Mətbuat Şurası İdarə Heyətinin sədridir. V çağırış Milli Məclisin deputatı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq