NAXÇIVAN-ŞƏRUR-ŞAHBULAQ TURIZM MARŞRUTU... - Əli Cabbarov yazır (FOTOLAR)
21-09-2022 [22:49]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Ölkəmizin istər daxili, istərsə də beynəlxalq turizm destinasiyaları arasında mühüm əhəmiyyətə malik olan Naxçıvan Muxtar Respublikasında mövcud turizm ehtiyatları, yaradılmış sosial-infrastruktur və lojistika imkanları müxtəlif istiqamətlər üzrə turizm marşrutlarının işlənib hazırlanması perspektivlərini həmişə aktual edir.
Çox geniş coğrafiyaya malik qlobal miqyaslı turizm destinasiyaları ilə müqayisədə Naxçıvanda bir-birindən olduqca fərqli, müxtəlifməzmunlu turizm ehtiyatlarının olması turizm marşrutlarının və eləcə də turların rəngarəng olmasına imkan yaradır. Qədim diyarımıza səyahət etmiş turistlərə təqdim olunacaq Naxçıvan-Şərur-Şahbulaq turizm marşrutu üzərindəki cazibə elementləri burada təzadlı, ancaq ahəng qanununa tabe olan səslər kimi bir-birini tamamlayaraq, son nəticədə, mükəmməl bir sonluq yaradan simfonik əsər təəssüratı yaradır. Ona görə də qızıl payıza az qalmış Naxçıvanın bu dilbər guşəsindəki gözəllikləri bir dostunuzla bərabər kəşf etməyə dəyər.
Naxçıvan-Şərur-Şahbulaq turizm marşrutu Naxçıvan şəhərindən Şərur rayonundakı Bayraq Meydanınadək, təxminən, 50 kilometr, buradan da son destinasiya olan Şahbulaq kəndinədək 17 kilometr olmaqda toplamda 67 kilometr uzunluqda olub, bir-birindən maraqlı təbiət gözəllikləri və tarixi-mədəni resurslarla zəngindir. Marşruta maraq göstərənlər Naxçıvana səyahət etmiş əcnəbilər və muxtar respublikamıza ölkəmizin müxtəlif yerlərindən, xüsusilə Bakı şəhərindən gəlmiş turistlər və birgünlük ekskursantlar ola bilər. Marşrut boyunca istər səhər erkəndən, istərsə də axşama doğru yola çıxan insanlar üçün qardaş Türkiyənin ən böyük dağı olan Ağrı dağının bu ərazidən olan görüntüsü ilk və ən böyük cazibə elementidir. Naxçıvandan Duzdağ yoluna çıxarkən çılpaq dağların fonunda təbii kontrast effekti yaradan yolboyu yaşıllıq zolaqları da turistlərin nəzərindən qaçmır. Bu ahənglə davam edən səyahət Kəngərli rayonunun mərkəzindəki Bayraq Meydanının möhtəşəm mənzərəsi ilə qarşıdakı bütün gözəlliklər üçün giriş verir. Qarşıda isə turistləri Şərur rayonunun təbii və insan əli özəlliklərindən ibarət tam bir kompozisiya gözləyir. Şahbulaq turizm marşrutu istiqamətində təqdim olunacaq cazibə elementləri isə bu kompozisiyanın ən çılğın notlarından biridir.
Naxçıvan dağlarından başlayan Arpaçay Xan Arazla qovuşub doğma Xəzərdə təsəlli tapan beş böyük çaydan biridir. Bu torpaqların bar-bərəkət qaynağı olan Arpaçayın tarixən şəninə qoşulmuş nəğmələr onu uzaq-uzaq ellərdə tanıtmış, hazırda da Şərura, xüsusən də Şahbulaq istiqamətinə gələn qonaqlar bu çay üzərində tikilmiş iki böyük su anbarını və ətrafındakı gözəllikləri seyr etməkdən doymurlar. Uzaqdan, Gümüşlü dağlarından da o tərəfə Naxçıvanı hilal kimi dövrələyən dağlar cəsur sərkərdə kimi qalib ölkəyə yaraşan məğrurluqla Ağrı dağına paxıllıqla baxan düşmənlərə gözdağı verir. Dizə kəndindən başlayaraq yolboyu kamali-ədəblə düzülmüş çinarların, onların ətrafındakı abadlıqları seyr edən turistlər Gümüşlü kəndindən çıxıb Şahbulağa yol aldıqda isə birdən-birə tamamilə fərqli bir mənzərə ilə üz-üzə qalırlar. Bu, Yer kürəsindən yüz milyonlarla kilometr məsafədəki sarı-qırmızı soyuq Mars səthitək uzaq, amma yaşadığımız
Naxçıvan torpağının isti nəfəsitək yaxın və doğma bir təəssürat yaradan bir mənzərədir. Bəli, Şahbulaq yolunda, Şapur bulağının ətrafındakı bir neçə kilometrlik məsafəni ədəbi bənzətmə yolu ilə, sadəcə, belə təsvir etmək mümkündür. Belə deyə bilərik ki, ilin istənilən fəslində Şahbulaq yolundakı çılpaq vulkanik qayaların fonunda yüzlərlə fotoşəkillər çəkib, dostları və yaxınları ilə paylaşmaq istəyən həvəskar turistlər üçün bu məkanın yaxın coğrafiyada analoqu yoxdur. Buradan keçən turist qrupu üçün sərt qayalarda özünün akrobatika bacarıqlarını göstərən dağ keçilərini görmək isə insan və vəhşi təbiət yaxınlığına şahid olmaq baxımından ən yaxşı fürsət olacaqdır. Bundan başqa, yol üzərində yerli camaatın və buradan keçənlərin ziyarət etdiyi “Dilək ağacı”na dayanıb tamaşa etmək isə xoş niyyətlərlə yola çıxan hər bir insanın ürəyində arzularının bir gün hökmən çin çıxacağına inanc hissləri doldurur. Beləcə, Naxçıvan şəhərindən çıxan turistlər çox da yorulmadan, təxminən, birsaatlıq rahat yolun ardından artıq kifayət qədər zəngin təəssüratlarla Şahbulağa çatırlar.
Şahbulaq bu istiqamətdə bölgənin ən ucqar kəndidir. Əhalisi, təxminən, 600 nəfər olan Şahbulaq dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşir. Sakit, səssiz, yaşıllıqlar içində “itib-batmış” tipik bir kənd həyatı hökm sürür bu kənddə. Kənddə yaradılmış müasir sosial infrastruktur buradakı sakinlərin həyat səviyyəsindən xəbər verir. Bu, xüsusən iri şəhərlərin xaotikasına alışmış və səyahətə gəldiyi şəhərdə bəzən yerli-yersiz özünün də bilmədiyi səbəbdən yaşadığı mühiti və mənzərələri axtaran turistlər üçün ən yaxşı maarifləndirici bir təsvir obyektidir. Qeyd edək ki, belə obyektlərin miqdarı Naxçıvandakı bütün kəndlərin sayı qədər olub, yəni iki yüzdən artıqdır. Odur ki, təkcə Şahbulaq kəndi insanların necə normal həyat səviyyəsində yaşadığını, iş və istirahəti turistlərə necə qurmağı təbliğ edə bilmək baxımından ən yaxşı təqdimatdır.
Şahbulaq kənd, kamp və piyada yürüş kimi aktiv turizm növləri üçün ideal məkanlardan biridir. Havasının və suyunun təmiz olması, Şərur və Naxçıvan şəhərlərindən çox uzaq olmasa da, sadə kənd həyatının mövcudluğu, şəhərli turistləri çox maraqlandıran orqanik heyvandarlıq və bitkiçilik məhsulları istehsalı diyarımızda Şahbulaq kimi kəndlərə olan marağı artırır. Şahbulaqda, demək olar ki, hər bir həyətdə bütün yay fəsli ərzində ən azı bir qonaq ailənin rahat istirahət edə bilməsi üçün yaxşı imkanlar vardır. Bu imkanların minimum şəraitlə turistlərə təqdim olunması üçün kəndlilər indidən öz biznes planlarını müzakirə edirlər. Belə ki, muxtar respublikamızın bu sahədə yaxşı təcrübəsi olan Ordubad və Şahbuz rayonlarında kənd camaatının bu sahədən əldə etdiyi gəlirlər şahbulaqlıları da maraqlandırır. Onu da qeyd edək ki, çox da uzaq olmayan keçmişdə, ötən əsrin 70-80-ci illərində bu kənddə məktəblilərin yay düşərgəsi olub ki, yerli sakinlər həmin səs-küylü günləri yaxşı xatırlayırlar. Müasir dövrdə isə kəndə məxsus təbii gəzəlliklər və sosial-mədəni ab-hava burada hər məhəllədə belə qonaqpərvərlik mühitinin yaradılmasına imkan yaradır. Həm də peşəkar səviyyədə. Şahbulaqlı gənclərin artıq Naxçıvandakı universitetlərdə Turizm ixtisaslarında təhsil alması gələcəkdə bu kənddə sosial-mədəni xidmətlərin keyfiyyət tələblərinə elmli yanaşılmasına dəstək olacaq.
Naxçıvan-Şərur-Şahbulaq turizm marşrutu üzrə təqdimatın sonunda turistlər seçimə görə Şərur şəhərindəki ticarət və sosial-mədəni xidmətlərdən istifadə edə, buradakı restoranlarda nahar və ya şam yeməklərini planlaya bilərlər.
Turizm yeni resurslar və yeni imkanlar hesabına yeni biznes fürsətləri də doğuran bir fəaliyyət növüdür. Komfortlu həyatın üst limitinin olmadığı bu xidmət sahəsində qonaqları məmnun edib gəlir əldə etmək məqsədilə irəli sürülən hər bir yeni ideya həmişə faydalı olur. Hər kəs üçün faydalı olan belə işgüzar təkliflərə yaşıl işıq yandırılan Naxçıvanda Şahbulaq kimi cazibədar turizm məkanlarına da turist marağı böyük olacaq.
MİA.AZ
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək