Ukrayna ordusu Donetskdə daha bir kəndi azad edib

img

19-09-2022 [15:40]


Ukraynanın Rusiyanın işğalı altında olan Donetsk vilayətində daha bir kənd azad edilib.

"RBK Ukraina” xəbər verir ki, bu barədə hərbi jurnalist Boqdan Miroşnikov bildirib.

Onun sözlərinə görə, Svyatoqorsk və Drobışev yaşayış məntəqələri arasında yerləşən Yarovaya kəndi artıq Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır: “Orada Ukraynanın dövlət bayrağı dalğalanır”.

Xatırladaq ki, daha əvvəl İzyum rayonunun Podvısokoye kəndində də Ukrayna bayrağının dalğalandığına dair məlumat yayılmışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA