Elza Seyidcahan oğluna toya çaldırdı (VİDEO)

img

22-04-2014 [12:10]


Ötən gün əməkdar artist Elza Seyidcahanın oğlu Əkbərin toyu olub. Toy mərasiminin olduqca maraqlı və şən keçdiyi barədə məlumat vermişdik.

ANS PRESS-in məlumatına görə, "Şou biz" verilişi Elza xanımın toyunda iştirak edib və baş verənləri anbaan kamera ilə lentə alıb. Bildirək ki, bu Əkbərin artıq ikinci ailəsidir. Əməkdar artist isə müsahibəsində bunu taleyin yazısı olduğunu bildirib:

"Allah hər kəsə gözəl ailə qismət etsin. Oğlumun ilk evliliyi uğursuz alındı. Bu Allahın qisməti, alın yazısıdır. Mən də bir ana kimi oğluma xeyir duamı verdim. Övladlarımdan çox razıyam". Bundan əlavə olaraq ifaçı bildirib ki, oğlunun ailə qurduğu xanımın adı Xəyalədir.

Toyda Elza Seyidcahanın bir çox sənət yoldaşları iştirak ediblər. Onların sırasında xalq artisti Brilliant Dadaşova, Ramal İsrafilov, Nadir Qafarzadə, Elnur Məmmədov, Könül Kərimova, Elnur Məmmədov, aşıq Samirə, Günay İbrahimli, Zamiq Hüseynov, rəqqasə Fatimə, stilist Samiraldo, Elton, bəstəkar Aygün Səmədzadə, millət vəkili Qənirə Paşayeva və digərləri iştirak ediblər.

Qeyd edək ki, hər zaman geyim tərzi ilə seçilməyi bacaran Elza xanım bu dəfə sadə geyimdə toya qatılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR