"Nida"çıların məhkəməsində gərginlik: saxlanılanlar var (FOTOLAR)

img

22-04-2014 [11:27]


Xeyli sayda adam məhkəmənin qarşısına buraxılmayıb. Polis əməkdaşları artıq fəalları saxlamağa başlayıblar. Gənc fəal Bəxtiyar Hacıyev də mülki geyimlilər tərəfindən saxlanılıb.

***

10.52

"Nida" vətəndaş hərəkatının həbs olunmuş üzvlərinin bugünkü məhkəmə prosesinə ictimaiyyətin diqqəti böyükdür. Əməkdaşımızın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə binasının önündən verdiyi xəbərə görə, həbs olunanların yaxınları, qohumları ilə yanaşı, təxminən 100-ə yaxın əqidədaşı da məhkəmədə iştirak etmək üçün gəliblər.

İnzibatçılar məhkəməyə müəyyən miqdarda adam buraxıblar. Məhkəməyə gedən yolları bağlayıblar. 40-dan artıq polis mühafizə məqsədilə cəlb edilib, Mitinqlərdə fəal iştirak edən çevik polis alayının əməkdaşları, habelə mülki geyimli polislər də keşik çəkirlər.

Xatırladaq ki, prokurorun üst-üstə 64 il cəza tələb etdiyi gənclər bu gün məhkəmədə son sözlə çıxış edəcəklər.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA