Millət vəkili Səhiyyə Nazirliyini ittiham etdi

img

18-04-2014 [14:02]


Milli Məclisin iclasında deputat Qənirə Paşayeva 2007-2010-cu illərdə bağçalar üçün ayrılan pulların icra edilməməsi məsələsinə toxunub.

Millət vəkili bundan başqa Səhiyyə Nazirliyinin ünvanına sərt ittihamlar səsləndirib. Deputat bildirib ki, şəkər xəstələri üçün alınan qlükomalar İnnovasiya Mərkəzində saxlanılıb və paylanılmayıb:

"Bəs ayrılan pul icra edilməyəcəkdisə, nə üçün dövlətdən bu qədər pul ayrılırdı? Eyni zamanda xroniki böyrək çatışmazlığı xəstəliyi olan şəxslərə verilən dərman prepartaları bazanın anbarında qalır. Həmin dərmanların istifadə müddətinin bitməsinə az müddət qalır. Amma buna baxmayaraq, dərmanlar istifadə edilməsi üçün ehtiyacı olanlara verilməyib. Onda bəs bu qədər pul xərclənib nə üçün dərmanlar alınırdı?”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA