Mərkəzi Bank kart sahiblərinə xəbərdarlıq edib

img

08-09-2022 [16:36]


Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahiblərinin “Whatsapp” platforması üzərindən Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

Mia.az xəbər verir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda III şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız AMB-nin internet səhifəsi və yaxud sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR