Avropa Rusiya ilə sadələşdirilmiş viza sazişini tamamilə dayandırıb

img

06-09-2022 [19:06]


Avropa Komissiyası (AK) Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dayandırmaq təklifini təsdiqləyib.

 TASS xəbər verir ki, Rusiya Federasiyası ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması ilə bağlı qərar bir həftə ərzində təsdiq oluna bilər.

AK Şengen zonasına daxil olmayan Bolqarıstan, Rumıniya və digər Aİ dövlətlərinin rusiyalılara vizaların verilməsini azaldacağına ümid edir.

Avropa komissarının sözlərinə görə, Rusiya Federasiyasının vətəndaşları Aİ-yə viza almaq üçün daha uzun və daha bahalı prosedurlarla üzləşəcək və çoxgirişli vizalar əldə etmək çətinləşəcək. Eyni zamanda, AK Rusiya tələbələrinə, jurnalistlərinə, dissidentlərinə və vətəndaş cəmiyyəti nümayəndələrinə vizaların verilməsi üçün daha rahat şərait yaratmaq niyyətindədir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA