Böyük Britaniyanın yeni baş naziri hökuməti formalaşdırır - Siyahı (Yenilənib)
06-09-2022 [21:35]
Böyük Britaniyanın yeni hökuməti formalaşdırılır.
Mia.az xəbər verir ki, parlamentin üzvü Terez Koffi Səhiyyə və Sosial Məsələlər naziri təyin edilib. O, eyni zamanda Baş nazirin müavini vəzifəsini də icra edəcək:
"Böyük Britaniyanın keçmiş biznes naziri Kvazi Kvartenq Maliyyə nazirli, İngiltərə və Uels üzrə Baş prokuror olan Svella Braverman daxili işlər naziri təyin olunub. Yeni hökumətin başçısı Conson dövründən müdafiə naziri olan Ben Uollesə yenə eyni vəzifədə etimad göstərib".
***
05.09.2002. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.
Mia.az xəbər verir ki, sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. Siyasi təşkilatın sədri vəzifəsi uğrunda Liz Trass və paytaxt Londonun meri Rişi Sunak mübarizə aparıb.
Səsvermənin altıncı turunda L.Trass Mühafizəkarlar Partiyasının 81 326 üzvünün dəstəyini qazanıb. Onun rəqibi R.Sunak 60 min 399 səs toplayıb.
L.Truss Mühafizəkarlar Partiyasının lideri və Baş nazir vəzifəsində Boris Consonu əvəz edəcək.
B.Conson yaxın vaxtlarda Böyük Britaniya kraliçası II Elizabetə hökumət başçısı vəzifəsindən istefa verməsi barədə hesabat verməli və L.Trassı xələfi kimi təqdim etməlidir.
L.Trass kraliça ilə görüşdən sonra rəsmi olaraq Baş nazir olacaq.
Qeyd edək ki, L.Trassın 47 yaşı var, 11 ay xarici işlər naziri olmaqla, 3 Baş nazirin hökumətində altı nazir (xarici ticarət, ətraf mühit, ərzaq və kənd təsərrüfatı, ədliyyə, xarici işlər naziri və lord-kansler) vəzəfəsində çalışıb.
L.Trassın dövründə Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edib. O, Rusiyanın Ukraynaya təcavüzündə Kiyevi ən qəti dəstəkləyən, Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt davranmağa çağıran siyasətçilərdən biridir. Onun yeni “Dəmir Ledi” olmaq istədiyi güman edilir.
L.Trass Birləşmiş Krallığın kraliçası II Elizabetin dövründə vəzifə başına keçən 15-ci Baş nazirdir. Qadın siyasətçi həmçinin ölkə tarixinin 78-ci hökumət başçısı, Marqaret Tetçer, Tereza Meydən (hər iki Mühafizəkarlar Partiyasının sədri olub) sonra 3-cü qadın Baş nazirdir.
***
“Keçmiş lider, dostum Boris Consona təşəkkür edirəm. Boris, siz Kiyevə dəstəklə bağlı çox böyük işlər görmüsünüz”.
Mia.az xəbər verir ki, bunu Böyük Britaniyanın yeni Baş naziri Liz Trass deyib: “Mənə olan inam üçün hər kəsə təşəkkür edirəm. Biz qarşıdakı 2 il ərzində iqtisadiyyatımızı genişləndirmək, enerji təhlükəsizliyinin təmin olunması üçün çalışacağıq. Biz əlimizdən gələni edəcəyik. Böyük uğur qazanacağımıza inanıram. 2024-cü il seçkilərində bu uğuru yenidən ortaya qoyacağımıza əminəm”.
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ