Dövlət Komitəsi Tovuzdakı zorakılıqla bağlı açıqlama yaydı

img

25-08-2022 [23:14]


Tovuzda zorakılığa məruz qalan azyaşlı psixoloji reabilitasiyaya cəlb olunacaq.

Mia.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Tovuz rayon sakini, yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı komitəyə daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Tovuz Rayon Polis İdarəsi ilə əlaqə saxlanılıb.

Komitənin müraciəti əsasında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli Komissiya tərəfindən ailəyə səfər edilib, uşağın psixoloji vəziyyəti qiymətləndirilib.

Qeyd olunanlara əsasən azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur.

Baş Prokurorluğun verdiyi məlumata əsasən hazırda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı istintaq hətəkətləri getdiyindən barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA