Qazaxda 17 yaşlı qız qaçırılıb

img

24-08-2022 [17:55]


Daxili İşlər Nazirliyi (DİN) Qazaxda 17 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinə müraciət daxil olub: "Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək" - deyə DİN rəsmisi bildirib.

Qeyd edək ki, Qazaxda 17 yaşlı qızın qaçırılması barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün Facebook səhifəsində paylaşım edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA