Ukrayna ordusundan Rusiyaya ağır zərbə: iki silah-sursat anbarı məhv edilib

img

23-08-2022 [17:24]


Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyanın 2 silah-sursat anbarını məhv ediblər.

Bu barədə Cənub” Əməliyyat Komandanlığının “Facebook” səhifəsində məlumat verilib.

Məlumata görə, həmçinin qarşı tərəfin 2 komanda məntəqəsi dağıdılıb.

“Tapşırıqların yerinə yetirilməsi çərçivəsində raket və artilleriya bölmələrimiz Çernobaevkadakı 247-ci desant-hücum alayının döyüş sursatı anbarını və komanda məntəqəsini, həmçinin Novovoskresenskoyedəki 331-ci hava desant alayının komanda məntəqəsini və sursat anbarını məhv edib”, - məlumatda yazılıb.

Həmçinin qeyd olunub ki, əməliyyat nəticəsində Rusiyanın 23 hərbçisi, 1 T-72 tankı məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA