Bərdə Rayon Mərkəzi Xəstəxanasıda yeni doğulan körpə ölüb

img

22-08-2022 [16:56]


Bərdə Rayon Mərkəzi Xəstəxanası yeni doğulan körpənin ölümü ilə bağlı açıqlama yayıb.

Xəxtəxanadan bildirilib ki, Ağcabədi rayon sakini, 38-39 həftəlik hamilə olan 1997-ci təvəllüdlü hamilə qadın 20.08.2022-ci il saat 12:30 radələrində süni sancılarının olması səbəbilə xəstəxanaya yerləşdirilib. Xəstənin bütün lazımlı müayinələri aparılıb və qeysəriyyə əməliyyatı üçün hazırlanıb. Qadının 2 730 qram çəkidə olan övladı doğulub. Yeni doğulan körpəyə tənəffüs pozğunluğu, perinatal dövr üçün spesifik olan dəqiqləşdirilməmiş infeksiyası, kəskin ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Bir neçə saat küvezdə saxlanılan körpə daha sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA