Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirilib

img

21-08-2022 [14:56]


Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.

DİM-dən Mia.az-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Avqustun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA