Saatlıda Araz çayına düşən azyaşlını xilas edərkən iki nəfər boğularaq ölüb

img

20-08-2022 [11:37]


Saatlıda Araz çayına düşən azyaşlını xilas edərkən iki nəfər boğularaq ölüb.

Rayon rokurorluğundan bildirilib ki, avqustun 19-u, saat 19 radələrində Saatlı rayonu Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən azyaşlı iki uşağını xilas edərkən özləri suda boğularaq ölüb.

Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən suda boğulmaqdan xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA