“Dövlət obyektində əxlaqsızlıqla məşğul olublar, bu, yolverilməzdir” - Ekspertdən şərh
17-08-2022 [13:02]
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim görüntülərinin yayılması cəmiyyətdə böyük rezonans yaradıb. Artıq məsələyə Baş Prokurorluq da münasibət bildirib. Qeyd edilib ki, faktla bağlı hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Prokurorluq həmçinin sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırıb.
Yayılan məlumatlardan məlum olur ki, görüntüləri elə FHN əməkdaşı Zaur Mirzəyev özü telefonu vasitəsilə lentə alıb. Bəs videonun çəkilməsi və paylaşılması hansı məsuliyyət yaradır? Həmin şəxs həbs oluna bilərmi?
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas, media eksperti Ələsgər Məmmədli bakupost.az -a açıqlamasında bildirib ki, baş verən hadisə məkan baxımından da hüquqi problemdir:
“Dövlət vəsaiti hesabına təchiz olunmuş kabinet, sırf dövlətin mənafeyi üçün fəaliyyət göstərmək lazım ikən, şəxsi məqsəd üçün istifadə olunub. Bu ayrılıqda bir problemdir. Bunun hüquqi məsuliyyəti var və qurum özü zəruri addımlar atacaq. Digər bir məsələ, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata qanunsuz müdaxiləni nəzərdə tutur. Qarşı tərəfin razılığı olmadan onun videosu çəkilibsə, həmin şəxs hüquqlarını qorumaq baxımından məhkəməyə müraciət edə bilər”.
Ə.Məmmədli vurğulayıb ki, hadisə hər iki tərəf üçün məsuliyyət yaradır:
Ümumilikdə hadisənin özü, həmin şəxsin davranışları, dövlət qulluqçusu, paqon daşıyan tərəflər olaraq hər biri üçün ayrıca məsuliyyət yaradır. Çünki bunlar dövlət obyektində əxlaqsız hərəkətlərlə məşğul olublar. Bu da yolverilməz haldır. Dövlətin etibar etdiyi qurum və həmin quruma aid olan bütün avadanlıqlar şəxsi həyat üçün istifadə oluna bilməz. Şəxsin icazəsi olmadan çəkilənlərin daha sonra yayılması şəxsi həyata müdaxilə aspektindən cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi toxunulmazlıq hüququnu pozma ilə bağlı sanksiya və cəza tədbirlərini ehtiva edir”.
Ekspert vurğulayıb ki, vəzifəli şəxs üçün bu hadisə 2 ilədək azadlığın məhdudlaşdırılması deməkdir:
“Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması — 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
• vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
• məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə -3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”