"Viktoriya"nın məşqçisi: "Qarabağ" bizim üçün xoşagəlməz rəqibdir"

img

16-08-2022 [11:59]


"Qarabağ" bizim üçün xoşagəlməz rəqibdir".

Bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" klubunun məşqçisi Pavel Horvat deyib.

47 yaşlı məşqçi Bakı səfəri öncəsi "Qarabağ"ı xeyli tərifləyib: "Onlar topu özlərində çox saxlayırlar. Topu itirdikdən sonra çoxlu pressinq edirlər. Xüsusən ev matçlarında çox cəsarətlidirlər və müdafiəçilərə qarşı uğurlu təzyiq göstərirlər. Beləcə çox topu qazanır və sonra rəqibəri cəzalandırırlar. Onlar topu alanda çox təhlükəli və məhsuldar olurlar. Bizim üçün buraxmamalı olduğumuz və əksinə onları necə keçməli olduğumuz nida işarələri var".

Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR