Ağdam xəstəxanasının 12 tibb işçisi zəhərlənib

img

09-08-2022 [15:24]


Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib. 

Mia.az TƏBİB-ə istinadla xəbər verir ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. 

Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir.  Zəhərlənmənin səbəbi araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR