Qəzza zolağında atəşkəs oldu: “İslami Cihad” qruplaşması İsraillə razılaşıb

img

07-08-2022 [23:26]


“İslami Cihad” qruplaşması Qəzza zolağında İsrail Müdafiə Qüvvələri ilə atəşkəsə razılaşıb.

AFP xəbər verir ki, islamçılar atəşkəsə hazır olduqlarını təsdiqləyən bəyanat yayıblar. Onun bu gün saat 23:30-da qüvvəyə minməsi gözlənilir.

Bundan əvvəl Misirdəki mənbələr İsrailin də atəşkəsə razılaşdığını təsdiqləyib/Report.

Xatırladaq ki, daha əvvəl saat 20:00-da atəşkəsin gözlənildiyi bildirilib, lakin məlum olub ki, “İslami Cihad” nümayəndələri nizamlanmada vasitəçilik edən Misirdən əlavə təminat tələb ediblər.

İsrail rəhbərliyi qeyd edib ki, Qəzza zolağında əməliyyatı davam etdirmək üçün heç bir səbəb görmür, çünki yüksək səviyyəli islamçıların zərərsizləşdirilməsi məqsədinə artıq nail olunub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA