Azərbaycan Ordusunun hərbçiləri beynəlxalq təlimə qatılıb

img

04-08-2022 [15:30]


Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Amerika Birləşmiş Ştatları ilə "Avrasiya Tərəfdaşlığı" proqramı çərçivəsində 01-05 avqust 2022-ci il tarixlərində Rumıniyanın Konstansa şəhərində keçirilən "Minalara qarşı tədbir və dalğıc hazırlığı təlimi"ndə iştirak edirlər.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, hər il keçirilən bu təlimin əsas məqsədi minalara qarşı mübarizə üsulları, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında tərəfdaşlarla müzakirə və təcrübə mübadiləsi aparmaq, eləcə də peşəkar münasibətlərin qurulmasından ibarətdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA