"Şuşa" Teatrının direktoru jurnalisti məhkəməyə verib

img

16-04-2014 [16:34]


"Şuşa" Teatrının direktoru, "Aşıq Yediyar” kimi tanınan Jadigar Muradov jurnalist-aktyor Elmin Bədəlovu məhkəməyə verib. Bu barədə "Musavat.com”a jurnalist özü məlumat verib. Onun sözlərinə görə, direktor 20 min manatlıq iddia qaldırıb.

Media Hüququ İnstitutunun (MHİ) eksperti Xalid Ağaliyev isə bildirir ki, səbəb direktorun teatrla bağlı gizli tutmaq istədiyi bilgilərin elə həmin teatrın əməkdaşları tərəfindən jurnalistə ötürülməsi və həmin bilgilərin "elitar.az” saytında yayılmasıdır: "Elmin Bədəlov üçün narahat olmaq lazımdır, Yadigar Muradov iddiasında təkzib, üzr, 20 000 manat da cibxərcliyi tələb edir. Ancaq şifahi deyir ki, "jurnalist qaynağını açıqlasın, iddiamı geri götürüm”.

Onun sözlərinə görə, jurnalistdən qaynağı açıqlamağı tələb etmək düzgün deyil: "Hər bir kəsin informasiya almaq və yaymaq hüququ var”.

Elmin Bədəlovun vəkili MHİ-nin hüquqünası Anar Mövsümoğludur. Proses Nəsimi Rayon Məhkəməsində keçirilir. Növbəti proses aprelin 30-da olacaq. Qeyd edək ki, bir müddət bundan öncə jurnalist Elmin Bədəlov Şuşa Teatrı haqda şikayət məktubu dərc etmişdi və problem də bundan sonra yaranıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR