Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-08-2022 [00:12]
Qoç - çox mürəkkəb gün olsa da, ondan faydalanmaq mümkündür. Əsas odur ki, əvvəlcədən uğursuz görünən layihələrə baş qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən dəyərli nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci yarısı Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər alacaq.
Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə çağırasınız.
Buğa - yaxınlarınızla bahəm, həmkarlar və tərəfdaşlarla təmaslarda etibara, stabilliyə xüsusi fikir verin. Cari məsələlərin çözülməsində aktiv olun, süst davranmayın. Olaylar spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı artacaq. Günün ikinci yarısında kənardan müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər. Ruhdan düşməyin. Çətinliklər sizi qorxutmasın. İstənilən situasiyada müsbət məqamları görməyə can atın. Peşəkar biliklərinizi və təcrübənizi artırın.
Əkizlər - situasiyanı olduğundan artıq çətinləşdirməyin. Sayıq davranın, qəfil təkliflərə ehtiyatla yanaşın. Hadisələrin məcrasını süni şəkildə dəyişməyə çalışmayın. Yaxın ətrafınızdakı insanları təsiriniz altına salmağa cəhd göstərməyin. Realist olun, prosesləri praqmatcasına dəyərləndirin.
Günün ikinci yarısında uzunmüddətli təşəbbüslərlə çıxış etməzdən əvvəl hadisələri yaxşıca təhlil edin. Əsassız ideyalar narahatlığa, gərginliyə səbəb olacaq. Axşam saatlarında normal istirahət edin. Fikir ayrılıqları qarşılıqlı anlaşmanın pozulmasına səbəb ola bilər.
Xərçəng - hisslərin əsiri olmayın. Ünvanınıza söylənən kəlmələrə diqqətlə qulaq asın. Dəyər verdiyiniz insanların qayğısına qalın, onları düşünün. Soyuqqanlı və laqeyd davranış münasibətlərdə ciddi anlaşılmazlıqlara, umu-küsüyə səbəb ola bilər. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Təmasları inkişaf etdirmək üçün qarşı tərəfin istək və niyyətlərindən xəbərdar olun. Alış-veriş, eksperimentlər, imic dəyişiklikləri üçün əlverişli zaman deyil. Yaşayış yerinin dəyişdirilməsi və ya köçlə bağlı planları təxirə salın.
Şir - hər şeyə rəğmən nikbin olun. Çətinliklər müvəqqətidir. Ruhdan düşməyin. Yaşananları növbəti sınaq kimi qəbul edin. Situasiyanı dərindən araşdırın ki, problemlərin həll yollarını ifrat çətinlik çəkmədən tapa biləsiniz.
Günün ikinci yarısında məqsədə aparan yolda nəzərdə tutulmamış gecikmələr, təxirəsalmalar yarana bilər. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan detallara xüsusi fikir verin. Önəmsiz işləri təxirə də salmaq olar. Amma zahirən mənasız, əslində ciddi məqamı nəzərdən qaçırsanız, bu nüans sonradan işlərinizdə əhəmiyyətli əngəllər yaradacaq. Axşam saatlarında diqqətli olun.
Qız - planlaşdırdığınızdan daha az iş görüb çatdıra bilirsiniz. Çünki bir çox məslələlər qəfil meydana çıxır və onları tez həll etmək lazım gəlir. Həmfikir və köməkçiləriniz çoxdur. Çifayda, heç biri təşəbbüs göstərmir və yalnız sizin əmr və göstərişlərinizi gözləyirlər.
Günün ikinci yarısı ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin, bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz. Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola gedirsiniz. Axşam vaxtı ünsiyyətlərinizdə diqqətli olun, yalnız yaxınlarınızla söhbətlə kifayətlənin.
Tərəzi - şəxsi həyatınızdakı problemləri fəaliyyətinizdəki çətinliklərlə qarışdırmayın. Fəaliyyət istiqamətində sürətlə irəliləmək üçün konkret plana zərurət var. Yaxın ətrafınızdakı insanlarla kəskin mübahisələr etməyin. Yeni müttəfiqlər əvəzinə yeni rəqiblər qazanmağa tələsməyin.
Dəyərli saydığınız insanlarla münasibətləri günün ikinci yarısında korlamamaq üçün bir qədər mülayim, güzəştlərə meylli olun. Təmaslarda harmoniyanın yaranmasına çalışın. Kobudluq və sərtlik etməyin. Əks təqdirdə ehtiyatsız davranışınıza görə az sonra peşman olacaqsınız.
Əqrəb - səhər saatlarından etibarən gərgin dönəm başlanacaq. Önəmli işləri sürətlə həll edin. Enerji və qüvvənizdən yararlanın. Süst, ətalətli olmayın. Axşam saatlarına yaxın məhsuldarlıq səviyyəniz xeyli aşağı düşəcəyindən vaxtınızın qədrini bilin.
Günün ikinci yarısında dostlar və ya ünsiyyəti sizə xoş təsir bağışlayan insanla əməkdaşlığı intensivləşdirmək olar. Bəzi işlərdə çətinliklər yaranacaq. Ruhdan düşməyin, geri çəkilməyin.
Dövlət qurumlarına yollanmaq məsləhət deyil. Bürokratik əngəl, təxirəsalma, maneələrlə qarşılaşacaqsınız.
Oxatan - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Fəaliyyətinizlə bağlı önəmli məsələləri vaxtında həll edin. Layihələri yarımçıq qoymayın. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Maliyyə məsələlərində çətinliklər yarana bilər.
Günün ikinci yarısında yaxınlarınızla əzizlərinizin problemlərindən hali olun. Təmkinli, diplomatik, səbrli olun. Yaşananları müşahidə edin. Ailə üzvlərindən biri sizi sevindirəcək. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.
Oğlaq - günün ilk yarısında uğurlar mühüm işlərə ayıra biləcəyiniz diqqətdən asılıdır. Detallara və təfərrüatlara fikir verin. İntizam, qaydalara riayət nə qədər yüksək səviyyədə olarsa, məqsədə bir o qədər tez çatacaqsınız. Tapşırıq və öhdəlikləri vaxtında yerinə yetirin.
Günün ikinci yarısında metodlarla vasitələri diqqətlə seçin. Saatlar keçdikcə fiziki travma və məişət zəminində münaqişə riskləri artacaq. Axşam saatları təmir, habelə elektrotexniki işlərin aparılması üçün münasib deyil.
Dolça - xüsusi bir planı olmayanlar üçün gün çox uğurludur. Amma əgər möhtəşəm ideyalarınız varsa, onları bir kənara qoyun. İş görüşləri sizin təxmin etdiyiniz kimi keçəcək, başgicəlləndirici təkliflər heç gözləməyin, amma qarşılıqlı sərfəli sövdələşmələr mümkündür.
Dostlarınız və ailə üzvlərinizlə ünsiyyət, əyləncəli tədbirlərdə iştirak əhvalınızı yüksəldəcək. Həm özünüzün, həm də başqalarının qayğısına qalırsınız. Köhnə tanışlarınız sizi hədiyyə ilə sevindirəcəklər.
Balıqlar - təslim olmaq fikrində deyilsiniz, bir cəngavər kimi mənfi tendensiyalarla savaşırsınız. İnadınız təqdirəlayiqdir. Amma bir düşünün, qüvvənizi nəyə sərf edirsiniz? Bu, o qədər vacibdir? Hələ ki, gec deyil, özünüzə gəlin. Əvalınız da sevindirmir. Yaxşı olar ki, ağır işdən çəkinəsiniz. Kompüter qarşısında çox oturmayın, alkoqol və yağlı yeməkdən uzaq durun. Amma eyni zamanda, bütün diqqəti sağlamlığa yönəltmək olmaz. Məsələn, bu gün arıqlamaq üçün ac qalmaq heç məsləhət deyil.
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və...
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verildi
6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim...
Qubada 15 yaşlı qızı 35 yaşlı kiçşiyə ərə vermək istəyiblər
XOCALININ DAHA BİR KƏNDİNƏ İLK KÖÇ OLUB
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“1992-ci ildə istefa verəndə Heydər Əliyevə zəng vurdum…” – Həsən Həsənovdan maraqlı açıqlamalar (VİDEO)
Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... - İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)
Salyanda 62 yaşlı şəxs güllələnib
Qəzzada ölənlərin sayı 64756 nəfərə çatıb
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - VİDEO
"Artıq Putinə səbrimiz tükəndi" - Trampdan hirsli mesaj
"Differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır" - Ekspert rəsmi şəxsin "əsası"nı əsassız saydı
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
Almaniya Rusiya səfirini XİN-ə çağırıb - Etiraz verildi
Premyer Liqa: V və VI turun oyun proqramı açıqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? - Qalmaqal + AÇQLAMALAR
Bakıda bu yol bağlanacaq
BDU dərs yükü azaldılıb
Kürşat Zorlu Naxçıvana gəlib
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi: girov götürülən azərbaycanlının öldürülməsi və...
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlar dayanıb"
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
İcra Hakimiyyətinin kotirovka sorğusu baş tutmayıb
İsrail ordusu Tulkərimdə 1000-dən çox fələstinlini həbs edib
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
İSRAİL ANKARA VƏ YA İSTANBULU VURA BİLƏR: "Bizimçün qırmızı xətt yoxdur, Türkiyə buna hazırdımı?" - Yəhidi polkovnikdən qorxunc mesaj
“Müğənni Rəqsanə İsmayılovanın işində bir yenilik yoxdur”
Daha bir şəhid dəfn edildi
Göyçayda şəhid dəfn olunub (Yenilənib)
Sabah yağış yağacaq
Baxçalıdan skandal açıqlama: "Mənə qalsa, yarımsaata qapadaram"
Xalq artisti Sərdar Fərəcovun səhhəti barədə açıqlama yayıldı
Serdar Dursun "Kocaelispor"la anlaşıb
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
"Trabzonspor" Andre Onana ilə bağlı məlumat yayıb
“Azərbaycan Dəmir Yolları”nda vəzifəli əxslər arasında qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və... - Məhkəmə rəhbərliyi günahkar bildi
Minimum maaşı 400 AZN olan ölkədə ağır cərimələr: güzəşt niyə azdır? - Zülfüqar Xeyirxəbər yazır
MHP lideri: "Əgər Ərdoğan yenidən Prezident olmaq istəsə..."
MHP sədri kürd əsilli bələdiyyə sədrləri ilə bağlı qərarın dəyişməsini istəyir: "Biri azad edilməli, digəri isə..."
"Bank Respublika" və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıb
Qurbanovun oğlunun toyunda nəmər yığılmayıb - VİDEO
Laçın və Kəlbəcərdə qar yağıb
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub