YAYLAQ FESTİVALI: qamış tualet söhbəti, sahibsiz qalan qonaqlar və...
01-08-2022 [10:42]
Elgün MƏNSİMOV
***
"Baş verənlər barədə heç nə danışmasam, yaxşıdır!"
Çox istərdim ki, 2-ci Milli Yaylaq Festivalı barədə ancaq belə başlıqla bu şəkli paylaşım. Lakin gün ərzində sosial şəbəkədə müşahidə etdiklərim, hər kəsin, xüsusən də bəzi həmkarlarımın bilib-bilmədən, nə gəldi yazması və ya danışması məni məsələyə bir qədər ətraflı yanaşmağa, əslində, reallığa və baş verənlərə bir daha işıq salmağa vadar elədi.
Öncə festival barədə!
Bir türkçü kimi, türk obalarının, tür ellərinin adət-ənənəsi, yaşayış tərzi və tarixi hər zaman mənə maraqlı olub. Festivalın da mahiyyəti elə bu olduğuna görə, hələ bir neçə il əvvəl Gədəbəydə keçirilən 1-ci Yaylaq Festivalında iştirak edə bilmədiyimə görə çox üzülmüşdüm. Odur ki, ikinci yaylaq festivalına getmək dəvətinə xeyli sevindim.
Səfəri Mədəniyyət Nazirliyi təşkil etmişdi. Proqrama görə səhər saat 10-da Hacıkənddə, festivalın keçirildiyi yaylaqda olmalı idik. Lakin biz yaylağa ayaq basanda günorta saat 3-ün yarısı idi. Çünki yaylağa qalxan torpaq yolda (yeni salındığı hiss edilirdi) kilometrlərlə tıxac vardı.
Əlqərəz, hamımız ac idik. Yolda demişdilər ki, çatan kimi yemək veriləcək. Çatdıq. Ərazidə böyük bir pərakəndəlik hökm sürürdü. Hər kəs nə istədiyini bilmədən o tərəf-bu tərəfə var-gəl edirdi. 1 saat keçdi, dedilər bir az da səbr edin, yemək yoldadır, bir saat da keçdi, dedilər ki, rəsmilər gəlir deyə yol bağlanıb, yemək gecikir. Hər kəs əlini üzdü və hərə bir tərəfə dağıldı. Öz parası ilə biri 3 manat olan kətə yeyən kim, biri 5 manat olan dönər yeyən kim, biri 2 manat olan adi litrlik su alıb içən kim...
Artıq 2 saat idi ki, ərazidə dolaşırdıq, festivala aid nəsə görə bilmirdik. Sanki festivalda deyil, alverçilərin, möhtəkirlərin, dəllaların hakim olduğu böyük bir bazarda idik. Onlar da kimi harada tutdu, mələdirdi. Heç ən bahalı London küçələrində belə insanları bu qədər tovlamırlar...
Bir-iki çobanaldadan tamaşanı çıxmaq şərtilə proqramda təqdim olunan konsertlərdən, çıxışlardan da heç birini görmədik. Olsaydı, hər halda görərdik. Camaat ancaq 3-5 dəfə baha qiymətə satılan nəyisə alıb yeməklə məşğul idi.
Gələk çörəkarası xiyar məsələsinə (bəzi həmkarların dili ilə desək)...
Bir də hay çıxdı ki, yemək gəlib, təcili hər kəs toplansın. Mən öz pulumla göy kətəsi yediyimdən tox idim. Ona görə, açığı, yeməyə getmədim. Əslində, hamı nə iləsə qarnını doyurmuşdu. Nazirlik nümayəndələrinin əzabla gətirib çıxardığı yeməkdən mənə də çatdırdılar. Təqdim olunduğu kimi heç də çörək və xiyardan ibarət deyildi, içərisində toyuq əti və pomidor-soğanı da vardı. Pendiri də olsaydı, əsl yaylaq yeməyi idi. Yəni burada qəbahətli bir şey görmürəm.
Əsl qəbahət isə "festival"dan sonra üzə çıxdı. Ona görə dırnaqda yazıram ki, o festival deyildi, sadəcə biabırçılıq idi. Arada həmkarlardan biri zarafat da olsa, çox sərt bir söz dedi - Yaxşı ki, Bilal Ərdoğan bu dəfə gəlməmişdi, yoxsa lap biabır olardıq.
Gələk tualet məsələsinə...
Bilib-bilmədən danışmaq bizim alın yazımızdır. "Festival" ərazisindəki tualetlər tam pulsuz idi. Şəraitinə gəlincə, tam müasir səyyar konteyner idi. Suyu da ki, daimi və sərin. Məndən olsa, hələ bu tualeti "yaylaq standartları"na görə qarğı-qamışdan qoydurardım.
İndi isə gələk "festival"ın ən həyəcanlı bölümünə. Bu bölümə "Palçıq Festivalı" da deyilir...
Təxminən saat 20:00 radələrində geridönüş üçün ərazini tərk elədik. Bir qədər irəliləmişdik ki, yağış başladı. Torpaq palçığa döndü və maşınların hərəkəti mümkünsüz oldu. Sürüşərək insanların üstünə gedən, ən son anda dayanan avtobusumuzun "şoferi" ürəyini tutub şükr elədi, dedi, öldürün, bir addım da gedən deyiləm. Qarşımızda kilometrlərlə tıxac vardı, istəsək də, gedə bilməzdik, zatən. Bir qədər sonra polis nəfərləri gəldi və qəti surətdə tapşırdılar ki, avtobus bu gecə tərpənməməlidir. Sabah ola, gün çıxa, yol quruya, sonrası xeyir ola... Beləcə, panika başladı. İkitirəlik yarandı, bəziləri dedi gəlin düşüb piyada gedək, oradan taksi filan tapıb Gəncəyə gedərik, bəziləri isə dedi ki, yox, avtobusda yatıb qalaq. Təqribən 40 nəfər idik. Şəxsən, mən oturub gözləməyin tərəfdarı idim, elə də etdim. Digər tərəfdən isə macəraçı biri olduğumdan baş verənlərdən bir növ də əylənməyə çalışdım. Lakin həmkarların kiçik bir qrupu ilk versiyanı dəstəklədi və piyada yola düşdülər. Nəticədə gecənin bir aləmi min cür məhrumiyyətlə gedib çıxdılar Mədəniyyət Nazirliyinin biz jurnalistlərə rəva gördüyü o məşhur hostelə. Sonrasını yazmağa gərək yoxdur, məncə...
Gecə saat 2 idi. Avtobusumuz yavaş-yavaş qürub edirdi. Kondisioner və işıqlar söndürülmüşdü ki, akkumlyator ölməsin. Telefonlarımız sönmüş, "pover bank"larımız tükənmişdi. İnternet onsuz da yox idi, yerə düşüb dalğanı tutmaq zorunda idik. Bu arada, xəbər gəldi ki, 6-7 nəfərlik bir qrup piyada düşüb irəli gəlsin. Mədəniyyət Nazirliyinin təmsilçisi, tur rəhbərimiz dedi ki, qabaqda sizi maşınlar gözləyir. Nəyisə, 7 nəfərlik qrupla yola düzəldik. Birimiz əlimizdə ştativ-kamera, birimiz də qucağında uşaqla. 3 kilometrə yaxın yolu sürüşə-sürüşə birtəhər gəlib mənzil başına çatdıq. Gecə saat 3 radələri idi. Bizim qrupu Mədəniyyət Nazirliyinin regional idarəsinin nümayəndələri qarşıladı və təxliyə etdilər. Bizə xüsusi diqqət göstərdilər, rahat yatacaq və yeyəcəklə təmin etdilər.
Avtobusda qalan digər qrupları isə səhər saatlarınadək Gəncə Şəhər İcra Hakimiyyəti rəsmiləri təxliyə etdi. Eşitdiyimə görə, onlara səhər saatlarında yaxşı bir süfrə də təşkil ediblər və daha sonra onları "Sprinter"lə Bakıya yola salıblar.
Bizim qrup isə saat 11-ə kimi idman kompleksində qaldı, avtobusumuzun dağdan düşməsini və bizi Bakıya aparacağını gözləyirdik. Yol qurudu, avtobus gəldi və biz artıq Bakıdayıq...
Gələk mən deyənə...
Maksimum qısa yazmağa çalışdım, deyəsən, yenə də böyük oldu. Amma sevinməyin, bitməyib hələ!
Bu "festival"ı təşkil edən qurumlara və onlara nəzarət edən icra strukturlarına suallarım var:
- Niyə bu mötəbər tədbiri göydən yerə vurdunuz?
- Niyə üzərinizə götürdüyünüz öhdəlikləri, vəzifələri icra edə bilmədiniz?
- Nə əcəb, yüzlərlə yüksək maaş alan işçilərinizin arasında normal bir təşkilatçılıq qabiliyyəti olan biri belə yoxdur?
- "Festival"da 70 mindən artıq tamaşaçı iştirakının nəzərdə tutulduğunu bəh-bəhlə bəyan etdiyiniz və bildiyiniz halda, nə üçün o dar yollarda bunu təşkil etdiniz?
- Belə bir yol olduğu təqdirdə (torpaq) niyə hava şəraitini öncədən nəzərə almadınız?
- O mal bazarı alverçilərini, küçə dönərçilərini, xəmir yayan bazar arvadlarını, od qiymətinə olan attraksionları kim buraxıb, niyə buraxıb o yaylağa, onlar hansı meyarlarla müəyyənləşib, qiymətləri kim təyin edib?
- "Festival"a xərclənən pulun hesabatı kimdədir, varmı?
- Ən nəhayət, bu biabırçı vəziyyətə görə istefa verməyi düşünürsünüzmü?
P.S Mənə görə, Mədəniyyət Nazirliyi deyilən bir qurum yoxdur artıq. Onsuz da bu nazirliklə heç vaxt yollarım kəsişməyib. Bir dəfə kəsişdi, onu da yerlə bir etdilər. Duyduğum və eşitdiklərimə görə, bu qurum bütün tədbirlərini bu vəziyyətdə həyata keçirir. Ona görə mən bir etiraz əlaməti olaraq bu nazirliyin bundan sonrakı tədbirlərini boykot edirəm.
Deyə bilərsiniz ki, niyə məhz Mədəniyyət Nazirliyi? Axı, "festival" təşkilatçısı kimi daha 5-6 qurum var? Haqlısınız, lakin mən orada Mədəniyyət Nazirliyini tanıyırdım, onların qonağı idim...
MİA.AZ
BMT-nin baş katibi: "Bu, yaxın tarixdə görünməmiş vəziyyətdir"
Panama sahillərində zəlzələ - 6,2 bal gücündə
Ermənilərin azərbaycanlılara işgəncə verməsi... - Videokadrlar məhkəmədə nümayiş etdirilib
Türkiyənin daha bir bölgəsində meşə yanğını başlayıb
Qəzzada son 24 saatdakı itki açıqlandı
Bakı və Abşeronda sabah qızmar diskomfort hava olacaq
Sabah 16 yaşayış məntəqəsində qaz olmayacaq
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
Rasim Balayev Amaliya Pənahova ilə "Babək"dəki məşhur yataq səhnəsindən danışdı: "Yaxın bir dostum dedi ki, necə peşəkarsan"
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılıb
Nəsimi rayonunda “14 İyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı ” adlı dəyirmi masa keçirilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni əmrlər
Araz çayında bir nəfər boğulub
"Sumqayıt" daha bir futbolçu ilə müqaviləyə xitam verib
Prezident iki yeni milli park yaradıb - Sərəncam
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Quşçuluq fabriki tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb
TRT-nin YANLIŞ, YOXSA MƏQSƏDLİ SÜJETİ: altında nə gizlənib? - TƏHLİL
37 ildir Yazıçılar Birliyinə sədrlik edən Anar: "3 il sonra gedəcəm, qoy sevinsinlər..."
Efirdə müğənnilərin sözü çəpləşdi - Mikrofonlar söndürüldü (VİDEO)
Xalq artisti Afaq Bəşirqızı: "Qızların geyimi... Əncir yarpağı ilə çölə çıxsalar, indikindən abırlıdır"
Deputat Milli Məclisdə məmurları qınadı: "...o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı?"
Vəhdət Partiyasında iclas: yeni media orqanı yaradılacaq və... - Daha nələr müzakirə olunub? - FOTO
Paşinyan Avropa İttifaqı rəsmiləri ilə görüşüb
Nərimanovda suşi belə iyrənc emalı müəssisəsində hazırlanırmış... - AQTA nöqsanları üzə çıxardı (FOTO)
Daha iki qanuna dəyişiklik təsdiqlənib
Sabah hava necə olacaq? - Açıqlama
Qəzzada daha 11 fələstinli həlak olub
“Xüsusi icra məmurları haqqında” yeni qanun lqəbul edilib
“Dövlət borcu haqqında” qanuna dəyişiklik olunub
QANUN DƏYİŞDİ: Media subyektləri Media Reyestrindən hansı hallarda çıxarılacaq? - Yeni qanun
KEÇMİŞ MƏZUNLAR PREZİDENTƏ MÜRACİƏT ETDİ: "Bizə kömək edin"
Müdafiə Nazirliyi: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və...
Sərhəddə Rizman Həsənov 13 kq narkotiklə tutulub
Məşhur göz həkimi Cahid Şahbazova cinayət işi açılıb? - Açıqlama
Bakıda dana əti bahalaşıb - VİDEO