1735 nəfər hərbi liseylərə qəbul imtahanı verib

img

31-07-2022 [13:22]


Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib.

Mia.az DİM-ə istinadən xəbər verir ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

İmtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunub.

İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulurdu.

İmtahan saat 10:00-da başlanıb və 2 saat davam edib. İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

Avqustun 1-dən etibarən imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA