"Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir” - Rəsmi açıqlama yayıldı

img

30-07-2022 [17:38]


Yenin yaradılmış Elm və Təhsil Nazirliyi son günlər elm və təhsil sahəsində həyata keçirilən struktur dəyişikliyi ilə bağlı açıqlama yayıb.

Mia.az-ın xəbərinə görə, açıqlamada deyilir ki, prezident İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq adlandırılıb: “Eləcə də, elm sahəsində dövlət siyasəti və tənzimlənməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib.

Buradan da aydın göründüyü kimi, Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA