Moldova prezidenti: "Rusiya bizə təcavüz etsə..."

img

29-07-2022 [17:20]


"Moldova Rusiyanın silahlı təcavüzü halında NATO-nun fəal üzvü olan Rumıniyadan kömək istəyəcək".

UNIAN xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu Rumıniya lideri Klaus İohannislə görüşü zamanı deyib.

O bildirib ki, Ukraynadakı müharibə Moldovaya sıçrayarsa, Kişinyeu kömək üçün Buxarestə müraciət edəcək: “Biz narahatıq. Ən bədbin ssenariləri qəbul edirik. Buna uyğun olaraq, biz bütün ssenarilərə hazırlaşırıq. Rusiyanın Moldova Respublikasına hücum etməyə çalışdığı bir vəziyyətdə, təbii ki, biz kömək istəyəcəyik”.

İohannis isə öz növbəsində Moldovaya kömək etməyə hazır olduqlarını söyləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA