Pakistanda sel: 111 nəfər ölüb, 6 mindən çox ev tamamilə dağılıb

img

28-07-2022 [17:32]


Pakistanın Bəlucistan vilayətində leysan yağışlar selə səbəb olub.

Məlumata görə, nəticədə son sutkada 111 nəfər ölüb.

Qeyd edilib ki, sel zamanı 6 077 ev tamamilə dağılıb, 10 000-dən çox evə isə ziyan dəyib.

Ölkənin Ketta vilayətində 40 nəfər sular altından çıxarılıb.

Hazırda axtarış tədbirləri davam edir.

Pakistanın Baş naziri Şahbaz Şərif mətbuata açıqlamasında iqlim dəyişikliyinin müasir dövrün qarşısıalınmaz problemlərindən biri olduğunu deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA