Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib: "Bu, hələ başlanğıcdır"

img

28-07-2022 [16:54]


Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib.

“CNN Türk” xəbər verir ki, o, bu barədə latviyalı həmkarı Artis Pabrikslə görüşündə bildirib.

“Madriddə imzalanan anlaşma memorandumu hələ son deyil. Əksinə, bu, hələ başlanğıcdır. Qarşı tərəflərdən razılaşmalara əməl etmələrini gözləyirik”, - o əlavə edib/Report.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın şərtlərə uyğun olaraq terrorçuları qaytarmayacağı təqdirdə onların NATO-ya üzvlüyünə veto qoyula biləcəyini bəyan eidblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA