ABŞ səfirliyi: "Rusiya yeni əraziləri ilhaq etsə, tez və qəti cavab verəcəyik"

img

27-07-2022 [14:04]


“Rusiya Ukraynada ilhaq planını reallaşdırmağa davam edərsə biz müttəfiqlərimiz və tərəfdarlaımızla birlikdə tez və qəti cavab verəcəyik”.

UNIAN xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi açıqlama yayıb.

“Rusiyanın atacağı növbəti addım bizə məlumdur. Rusiya işğal etdiyi Ukrayna ərazilərinin ilhaqı üçün əsas hazırlayır. Bu, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin birbaşa pozulmasıdır. Rusiya ilhaq planını reallaşdırmağa davam edərsə biz müttəfiqlərimiz və tərəfdarlarımızla birlikdə tez və kəskin cavab verəcəyik”, - səfirlikdən bildirilib.

Qeyd edək ki, Rusiya Krım yarımadasını ilhaq edib.

Ukraynanın işğal edilən yeni ərazilərinin Rusiyaya birləşdirilməsi üçün referendumun keçiriləcəyinə dair xəbərlər yayılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA