Türkiyəli nazir: “Odessaya hücumlar təkrarlanmamalıdır” -  "Nə Rusiya, nə Ukrayna masaya zəif oturmaq istəməz"

img

27-07-2022 [11:34]


“Ukraynanın Odessa şəhərinə olan hücum bizi narahat etdi. Belə hücumlar təkrarlanmamalıdır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100” ə müsahibəsində deyib.

“Ümid edirik ki, proseslər problemsiz davam edəcək. Biz də bunun üçün töhfəmizi verəcəyik. Bunu təkcə özümüz üçün yox, bütün dünya üçün edirik. Proseslərin problemsiz davam etməsi hər iki tərəfin xeyrinədir. Əks halda ciddi problemlər ola bilər. Əgər proseslər uğurlu davam etsə, bəlkə də, bu, sülhə səbəb ola bilər”, - o söyləyib.

Nazir bildirib ki, tərəflərin diplomatiya masası arxasna oturmaları üçün Türkiyənin təşəbbüsləri davam edəcək: "Nə Rusiya, nə Ukrayna masaya zəif formada oturmaq istəməz. Amma onların eyni gücdə olması da mümkünsüzdür. Təəssüf ki, müharibənin uzanmasını istəyənlər var. Hətta "Taxıl sazişinə"də mane olmaq istəyirdilər"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:04 08.11.2024

Bu gün Zəfər Günüdür