Sabahın hava proqnozu açıqlandı

img

26-07-2022 [12:24]


Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Mia.az xəbər verir ki, sabah gündüz havanın arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA