Vəzifədən çıxarılan icra başçısı: "Zəhmətkeş bir ailənin övladı olmuşam və..."

img

26-07-2022 [10:59]


Masallının bu gün vəzifəsindən azad edilən icra başçısı Şahin Məmmədov danışıb.

Sabiq icra başçısı bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasətini hər zaman dəstəkləyib və onun sadiq əsgəri olub.

19 il icra başçısı olduğunu deyən Şahin Məmmədov qeyd edib ki, prezident ona 3 dəfə etimad göstərərək başqa-başqa rayonların icra başçısı təyin edib: "Zəhmətkeş bir ailənin övladı olmuşam. Məmur övladı olmamışam. Buna görə özümü şanslı hiss edirəm. Hazırda istirahətdəyəm. Gözəl guşələrimizdən birində dincəlirəm. Bundan sonra nə məsləhət bilinəcəksə, o da olacaq“.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA