Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26-07-2022 [00:12]
Qoç - intellektual fəaliyyət üçün əlverişli gündür. Qarşınıza qoyulan çox çətin və mürəkkəb tapşırıqların öhdəsindən gələcəksiniz. Gərəkli informasiyanı vaxtında xatırlayın, bu məlumatı tətbiq etməyə çalışın. Danışıqlara başlamaq, yeni müttəfiqlər axtarmaq olar. İdeyalarınızı dəstəkləyən insanlar olacaq.
Bu gün baş tutacaq istənilən tanışlıq sizə sərfəli olacaq. Romantik münasibət başlarsa, çox dinamik inkişaf edəcək. Nikah təklifi istisna deyil. Günün ikinci yarısında isə maliyyə itkiləri mümkündür.
Buğa - günün ilk yarısında hadisələrin ənənəvi axarını dəyişməyə çalışmayın. Praktik, realist və zəhmətkeş olun. Qarşınıza qoyduğunuz məqsədlərin hamısına çata bilərsiniz. Bir şərtlə ki, qətiyyətli və iradəli olasınız.
Günün ikinci yarısında istənilən situasiyada müstəqil hərəkət etməyə hazır olun. İfrat aktivliyə qapılmayın. Dostlardan və tanışlardan yardım təklifi olarsa, qəbul edin. Daha təcrübəli, müdrik insanların məsləhətlərindən yararlana bilərsiniz.
Əkizlər - günün ilk yarısında hadisələrin məcrasında ciddi dəyişikliklər olacaq. İşlərin gedişatına nəzarət edin. Kontrol rıçaqlarını əldən verməyin. Maliyyə məsələlərində, hesablamalarda səhvlərə yol verməyin. İşdə rəhbərliklə münaqişəyə meylli olmayın. Günün ikinci yarısında tərəfdaş və ya şəriklərdən birinin problemləri yarana bilər. Həll prosesində mümkün qədər aktiv iştirak edin.
Xərçəng - xeyli işiniz yığılıb qalıb, kiminsə üstünə atmaq da mümkün deyil, odur ki, heç istəməsəniz də, təklikdə işləməli olacaqsınız. Vəzifələrinizi mütləq yaxşı yerinə yetirməlisiniz, kimsəyə - nə rəhbərliyə, nə həmkarlara tənqid üçün bəhanə verməyin. Azacıq tənbəlləşən kimi son zamanlar əldə etdiyiniz bütün nailiyyətləriniz yaddan çıxır, nüfuzunuza ciddi xələl gəlir. Günün ikinci yarısı o qədər də vacib olmayan bir şeyi ciddi-cəhdlə əldə etmək istəyəcəksiniz. Sonra daha layiqli məqsəd seçmədiyiniz üçün peşman olacaqsınız. Özünüzü qoruyun, zədə ala bilərsiniz. Zəhərlənmək ehtimalınız da böyükdür.
Şir - sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz. Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar.
Qız - işlərin mövcud durumundan razılıq hissi yoxdur. Təlaşa qapılmayın, ifrat özünütənqidə varmayın. Vəziyyəti soyuqqanlı şəkildə təhlil edəndən sonra hərəkətə keçin. Süstlük etməyin.
Günün ikinci yarısında yeni işə başlamaq və ya fərqli istiqaməti seçmək üçün yetərincə imkanlarınız, qüvvəniz və potensialınız var. Niyyətinizi reallaşdırmaq üçün cəsarətli olun. İrəliyə doğru sürətlə addımlayın. Geriyə baxmayın.
Tərəzi - yaşmınızda müsbət dəyişikliklərə can atın. Karyeranızda inkişaf, yaşam yerinin dəyişdirilməsi, daha uyğun arealın seçilməsi üçün əlverişli zamandır. Yeni layihəyə başlayın. Öz maraqlarınızı təmin etməmiş başqalarının yardımına tələsməyin. Günün ikinci yarısında irəliləyişə və ya inkişafa mane ola biləcək hər şeydən imtina edin. Dəyər verdiyiniz insanla təmaslarınızı keyfiyyətcə yeni səviyyəyə yüksəldin. Axşam saatlarında normal istirahətə can atın.
Əqrəb - baş verənlərin məğzini anlamağa çalışın. Diqqətli olun. Sizə qarşı hazırlanan planı intuitiv olaraq qabaqlamaq məcburiyyətindəsiniz. Özünüzü sığortalayın.
Günün ikinci yarısında sərvaxt davranın. Şəxsi həyatınızdakı problemlərin fəaliyyətinizə sirayət etməsinə imkan verməyin. İmkanlarınızı və şanslarınızı yenidən dəyərləndirin. Bundan sonrakı hərəkət istiqamətində zəruri korrektələr edin.
Oxatan - səbrli, ehtiyatlı, sayıq olun. Yaşamınızdakı yad elementləri diqqətlə müşahidə edin. Mümkün gəlirlərdən və şanslardan mütləq istifadə edin. Maliyyə məsələləri xüsusi diqqət tələb edir.
Günün ikinci yarısında vergilər, kredit ödənişlər, borclar məsələsində sayıq olun. İşdə və şəxsi həyatda ifrat dərəcədə sadəlövh davranmayın. Yalançı, məkrli, saxtakar insanın toruna düşməyin. Axşam saatlarında gəzintiyə çıxın.
Oğlaq - günün ilk yarısı xoş emosiyalar, nikbinlik vəd edir. Məqsədə doğru aramla, tələsmədən hərəkət edin. Hansısa vəziyyətlə bağlı koqnitiv dissonansın yaranmasına imkan verməyin. Tələsməyin, eyni vaxtda bir neçə işə başlamayın.
Günün ikinci yarısında situasiyanın psixoloji fonu rəvan deyil. Qəzəbli olmayın, panikaya qapılmayın. Yaxınlarınız və ya qohumlarınız arasında kiminsə astagəlliyi aqressiv davranışınıza səbəb olmamalıdır. Çətinliklərə, anlaşılmazlığa ehtiyatlı reaksiya verin. Axşam saatlarında stressdən qurtulmağa çalışın.
Dolça - çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox Oxatanlar karyera pillələri ilə yuxarı qalxa bilərlər.
Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz.
Balıqlar - bu gün sizin üçün praktiki olaraq mümkünsüz iş olmayacaq. Çünki müsbət təmayüllərin təsiri böyükdür və ən başlıcası, ulduzlar sizi himayə edir.
İşdə ciddi uğurlara nail olaraq rəqibləri arxada qoya bilərsiniz. Rəhbərlik sizin çox dəyərli işçi olduğunuzu anlaya bilər. Əgər tələbəsinizsə, müəllim sizi anlayacaq, probleminizi həll etməyə razılaşacaq. Gəlirləriniz arta bilər.
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb