Laçın rayonunda kombayn aşıb, iki nəfər ölüb, yaralı var

img

25-07-2022 [10:07]


Laçın rayonunda kombayn aşıb, iki nəfər ölüb.

Məlumata görə, hadisə iyulun 24-ü saat 19:30 radələrində rayonun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisində əkilmiş taxıl sahəsində işləyən Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi “Claas-630” markalı kombaynı aşıb. Nəticədə həmin nəqliyyat vasitəsinin digər sürücüləri – Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazım Abbasov və Samux rayon sakini, 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində ölüb, M.Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb/Report.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA