Lənkəran İcra Hakimiyyətinin vəzifəli şəxsləri saxlanılıb - DİN rəsmisindən açıqlama

img

21-07-2022 [14:41]


Lənkəran Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi ötən gün rayon polis şöbəsi tərəfindən saxlanılıb.

Mia.az xəbər verir ki, Bizim.Media-ya daxil olan məlumata görə Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Quliyev və onun xalası oğlu, həm də sürücüsü Anar Məmmədov sərxoş halda avtoşluq edərkən saxlanılıb. İddialara görə sürücü Anar Məmmədovun avtomobili cərimə meydançasına aparılıb.

Məsələni dəqiqləşdirmək üçün DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevlə əlaqə saxladıq.

DİN rəsmisi sürücü Anar Məmmədovun içkili halda avtomobil idarə etdiyinə görə saxlanıldığını təsdiqləyib: “Anar Məmmədov içkili halda öz şəxsi avtomobilini idarə edib. Saxlanılan zaman sürücünün yanında sərnişin qismində Emin Quliyev də olub. Qanuni qaydada Anar Məmmədova protokol tətbiq olunub və barəsində məsuliyyət nəzərdə tutulub”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA