Dövlət Agentlyinin keçmiş sədrinə yeni vəzifə verilib

img

20-07-2022 [17:47]


Dövlət Agentlyinin İdarə Heyətinə iki ildir sədrilik edən Samir Qurbanovun yeni iş yeri məlum olub.

Mia.az Banker.az-a istinadən xəbər verir ki, Samir Qurbanov Mansur oğlu “PMD Group”un törəmə otelçilik şirkəti “PMD Hospitality” MMC-nin baş icraçı direktoru təyin edilib.

Buna qədər “PMD Hospitality” MMC-nin baş icraçı direktoru Azər Mirtaqavi Hüseyn oğlu idi.

Qeyd edək ki, Samir Qurbanov 2020-ci ilin 1 aprelindən Azərbaycan Prezidentinin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri təyin edilmişdi. Onun vəzifəsindən istefa verməsi ilə bağlı hərə bir ay öncə məlumat yayılmışdı.

Ötən gün yayılan xəbərə görə, o bu vəzifəsindən azad edilib, onun yerinə Samir İdayətov təyin edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA